Ailəm cahil olduğu üçün onları tərk edə bilərəmmi?

    24.08.2016
Sual: 
Salam aleykum. Mənim ailəm cahil ailədir. Baxmayaraq ki, namaz qılınır. Çalışmışam başa salım dəfələrlə, xeyri yoxdur. Axırıncı dəfə qışqırdılar. Onnan sonrada calışdım, nəni saymadılar. Dəlil,sübut- bunlara fərqi yoxdu. Cahil ki, cahil. Mən ailəmi bir neçə ildən sonra konkret olaraq tərk etmək istəyirəm. Anam da cahildir. Ona da başa salmışam, xeyri yoxdur. Öz bildiklərini deyir, guya bu alimədir. Mən artıq bezmişəm. Elə belə yox, konkret olaraq. Hətta Quranda belə, səf etmirəmsə, cahilləri tərk etməyi Allah buyurur.
Cavab: 

Və aleykum salam. Quranda cahilləri tərk etmək deyildikdə ailəni tərk etmək nəzərdə tutulmur, əksinə, bu, ən böyük günahlardandır. Hər bir müsəlmanın vəzifəsi ilk növbədə öz ailəsini haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6).
Dəvət əksər hallarda bir günün içində baş tutan şey deyil, bunun üçün səbr etməli, elm öyrənməli, ilk növbədə öz əxlaqınızla nümunə olmalısınız. Hikmətlə və səbrlə, hər sözü öz yerində deməklə, insanlarda ikrah hissi yaratmadan bunu etmək lazımdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Ona görə də, siz səbr edin, onların cahil olduqları üçün danışdıqları sözlərə qəzəblənməyin və onları dəvət etməyə Cənnəti qazanmağın yolu kimi baxın. Daha ətraflı:
Valideyn haqqı barədə
İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: