Səfərə getdiyim yerdə hər bir şərait varsa, yenə də namazları qısaltmalıyam?

    27.08.2016
Kimdən: 
Eldar
Sual: 
assalam aleykum.Allah elminize bereket versin.Sualim seferle bağlıdı.Mən 15-gün dənizdə neftçi işləyirəm.Hər ayın 1-i gedirəm 16-sı qayıdıram.Mənim iş yerində hər bir şəraitim var və heç bir problemim yoxdu.Namazlarımı bütöv qılmaq üçün vaxtımda var.İşlədiyim yerdən evimə olan məsafə150 km-dir.Bu vəziyyət səfər sayıkır ya yox?Mən namazlarımı səfər qılmalıyam ya bütöv şəkildə? Allah təala islamı bizim üçün asanlaşdırsın.Amin
Cavab: 

Və aleykum salam. Getdiyiniz müddət qısa olduğu üçün, şərait olsa da səfər namazları qılmalısınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bu Allahın sizə verdiyi bir sədəqədir, Allahın sədəqəsini qəbul edin!" (Muslim, 686). Daha ətraflı: Səfər namazı necə qılınır?

Teqlər: 
Paylaş: