Səfər namazı, namazda vəsvəsə və azan oxumaq barədə

    05.09.2016
Kimdən: 
bb
Sual: 
Salam Aleykum Men ibadətə yeni başlamişam özüm rayonda qaliram Ayda on gün rayondan şəhərə səfərə gedirəm işimlə bagli orda imkan tapib namazlari birləşdirib qisaldib qiliram doqrudurmu??? Bəzəndə namaz qildiqdan sonra ürəymə vəsvəsəmi deyin dədirsə elə bil kimsə deyir ki senin namazlarin qebul deyil boş boşuna qilirsan mendə çox sixiliram bele olanda özüme teselli verirem ki bu şeytanin vəsvəsəsi ola biler Dogrudu?? sual2 namaza başliyanda əyər əzan eşitirəmsə əzan verməliyəm? eyər eşitmirəmsə nece ? məsələn namaz girib mən biraz namaza gecikmişəmsə əzan verməliyəm? Sial 3 mən cümə namazina iki cumədən bir duşurem ve gedirem səferdə oluram deyə çata bilmirəm hər cümə genah olmaz ki?????
Cavab: 

Və aleykum Salam . 

  1. Qısa müddətə səfərə getdikdə namazları qısaldaraq qılmalısınız. Daha ətraflı: Səfər namazı necə qılınır? 
  2. Bu vəsvəsədir, belə fikirlərə əhəmiyyət verməyərək namaza davam edin.
  3. Tək namaz qılan üçün azan vermək vacib deyil. İki və daha çox adam namaz qıldıqda isə azan verilməlidir. Daha ətraflı: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi? 
  4. Cümə namazına getmək hər bir müsəlman kişiyə vacibdir. Çalışın hər həftə cümə namazına gedəsiniz. Alınmasa zəruri hallar  aradan qalxana qədər iki həftədən bir gedə bilərsiniz. Daha ətraflı: Cümə namazına tələs! 
Paylaş: