Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?
Sual:
Salam aleykum ve rehmetullahi ve berekatuh bagislayin bu sualima gore men Ramazan ayinda 2 gun oruc olmadigima gore boynumda keffare var ve bildiyimiz kimi keffare orucu ardicil olaraq tutulmalidir eger ardicil olaraq 1 ayi keffare orucu tutanda heyz halimin(uzr isteyirem) oruca aidiyyati olur? yoxsa hemin gunleri yenede qeza kimi oruc tutmaliyam? xahis edirem sualimi cvblandirasiz Allah razi olsun
Cavab:
Və alekum Salam və rahmətullahi və bərakətu. Ramazan ayında oruc yalnız qəsdən cinsi əlaqə ilə pozulduğu halda həmin günün əvəzinə 60 gün ara vermədən oruc tutulur. Amma oruc yeməklə pozulubsa və ya müəyyən səbəblərə görə Ramazanın bəzi günlərini oruc tuta bilməmisinizsə, bu halda buraxdığınız hər günün əvəzinə yalnız bir gün qəza orucu tutursunuz. Qəzaları həm ardıcıl, həm də arada fasilə verməklə tutmaq olar, amma mümkün qədər tez qurtarmağa çalışmaq lazımdır. Heyz halında isə nə Ramazanda, nə də ondan sonra qəza oruclarını tutmaq olmaz. Daha ətraflı:
Orucu pozan amillər
Orucu qəsdən pozmağın kəffarəsi