Namaz qılmağa imkan olmadığı üçün işdən çıxmaq istəyirəm...

    25.10.2016
Kimdən: 
men
Sual: 
Salam Aleykum men ele iwde iwleyirdm ki orda namaz qilmaqa icaze vermirler Amma men onlarin xeberi olmadan qiliram birazda sixintilarim olur orda iwi terk etmey isteyirem amma bir terefdende valdeyenlerim iwimi terk etsem onlarin uzune aq olmuw kimi oluram qalmiwam bu sixinti icinde ne meslehet gorursuz??
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideyn­lərin qəzəbi ilədir". (ət-Tirmiz, 1899). Lakin, namaz Allahın haqqıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Ona görə siz valideynlərlə gözəl davranmalı və halal şeylərdə onlara itaət etməlisiniz, amma namazı heç bir halda dayandırmaq olmaz. Onları gözəl əxlaqla dəvət edin, indiki iş yerinizdə namazları vaxtında qılmağa cəhd edin, həmçinin Allaha dua edərək daha xeyirli iş yeri axtarın. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!.." (əl-Bəqərə, 45). 

Teqlər: 
Paylaş: