Quranla istixarə edərək bəxtin bağlı olmasını demək haqqında
Sual:
Salam.Bir dəfə bibimgilə getmişdim o,Quranda istixarə edirdi.Dedi gəl sənə də baxım(qismətə görə) açdı Quranı yazılmışdı ki,bağladılar qaba qoyub dənizə atdılar və s.bunun kimi şeylər.oda dediki bəxtini bağlıyıblar.Bilmək istərdim nə dərəcədə düzgündü??
Cavab:
Və aleykum Salam. Quran ilə və ya digər şeylərlə fala baxmaq qadağandır və böyük günahlardandır. Quranda bizim şəxsi həyatımız haqda bir şey yazılmayıb. Sadəcə bəzi insanlar ürəklərində niyyət tutub müəyyən səhifəni açırlar, orda isə nə yazıldığına baxıb öz istədikləri kimi yozurlar. Bibiniz dini maarifsizlik ucbatından bu kimi şeylər etdiyinə görə, siz ona başa salın ki, bu batil əməldir və Cəhənnəm əzabına səbəb ola bilər. Bəxtiniz barədə deyilən sözlərə isə inanmayın və əhəmiyyət verməyin. Daha ətraflı:
Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?