Qadın alnı bağlı şəkildə səcdə edə bilər?

    02.11.2016
Kimdən: 
Nala
Sual: 
Bezi adamlar deyirler ki, namaz gilarken alin secde ucun acig olmalidir . Yeni hicab sac baslayan yerden geyinilmelidir . Menim alinim balaca oldugundan bu Mende mumkun deyil . Yuxari cekirem cacim gorsenir , asagi cekirem alinim yox hicab deyir xalcaya . Bilmek isdeyerdim bunun hansi duzgundur ? Indiden tesekkurumu bildirirem
Cavab: 

Salam aleykum. Alnın yerə dəyməsi daha yaxşıdır. Lakin, müəyyən manelər varsa, hicabın alnı örtməsi icazəlidir. Hicablı şəkildə səcdə etməyin namaza zərəri yoxdur. Əsas saçın görsənməməsidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Allah, hi­cab­sız namaz qılan həddi-büluğa çatmış qadının namazını qə­bul etməz!" (Əbu Davud, 637). Ona görə namaz qıldıqda hicab qətiyyən açılmamalıdır.

Teqlər: 
Paylaş: