Təsbehlə zikr necə edilir?

    06.11.2016
Sual: 
Salam Verdiyimiz sualları cavablandırdığınız üçün Allah sizdən razı olsun 1 zikr necə edilir təsbehlə onun video -sun çəkərdiz (Fatimeyi zəhra zikri) Xahiş edirəm 2 deyirlər Həcc ziyarətində sünni namazı qılınır? Bəs şiə namazı olmur . 3 namazı qılıb qurtaranda möhürü öpüb alnına qoymalısan ya yox
Cavab: 

Və aleykum Salam. 
1. Təsbehlə zikr etməyə ehtiyac yoxdur. Zikr sağ əlin barmaq buğumları ilə edilir. Təsbeh Peyğəmbərin (salləllahu aleyhi va səlləm) dövründə olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünün etmədiyi və buyurmadığı bir əməldir. Abdullah ibn Amr adlı bir səhabə (Allah onlardan razı olsun) demişdir: "Peyğəmbərin zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm". (Əbu Dəvud, 1504).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Barmaqlarınınzın (buğumları) ilə zikr edin. Həqiqətən, onlar danışdırılacaqlar və soruşulacaqlar". (ət-Tirmizi, 3486). Digər rəvayətdə isə belə deyilir: "Təkbir, Təqdis, Təsbih və Təhlil etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin. Həqiqətən onlar (əzalar) danışdırılacaqlar və soruşulacaqlar". (Əbu Dəvud, 1501). Əllə zikr etməyin qaydasını buradan öyrənə bilərsiniz: Əllə zikr necə edilir?
Fatimeyi-Zəhra zikri ilə bağlı olan rəvayət belədir: Fatimə (Allah onlardan razı olsun) kirkirənin (onun əllə­rində) iz burax­dığın­dan şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir ne­çə əsir gətirdilər. Fatimə (bu əsirlərdən birini özünə köməkçi götür­mək məq­sədilə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdi, lakin onu (evdə) tapa bilmədi, Aişə­ni gö­rüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə gəldikdə Aişə ona Fa­ti­mə­nin gəldi­yini xəbər verdi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən (onu görən­də) ayağa qalx­maq is­tə­dim, lakin o: "Qalxmayın!" - dedi və (gəlib) aramız­da oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O bu­yurdu: "Mən­dən istədiyinizdən daha xeyirlisini sizə öyrə­dimmi? Yatağınıza uzan­dığınız zaman otuz dörd dəfə "Allahu Əkbər", otuz üç dəfə "Subhənəllah" və otuz üç dəfə "Əlhəmdulilləh" deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar". (əl-Buxari, 3705).
2. Həccdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) qıldığı namaz kimi namaz qılınır. Daha ətraflı: Şiə və sünni nədir və bunların hansı düzgündür?
3. Namazı möhürlə qılmaq qadağandır, çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm), onun əhli beyti və səhabələri (Allah onlardan razı olsun) möhürsüz namaz qılıblar. Daha ətraflı:  Möhürlə namaz qılmaq olarmı?

Teqlər: 
Paylaş: