Namazda rüku və səcdədəki zikrləri üç dəfə yox, bir dəfə demək olarmı?
Sual:
Salam.Namaz zamanı Rukuda ve secdede dediyimiz sözu 3 defe yox 1 defe demek olar mı? Bezen eve qonaq gelir ve ya men qonaq geden de vaxt az olur.. bele elemek olar mı? Allah razı olsun.. Allah elminize elm qatsın.
Cavab:
Və aleykum Salam. Bəli, rükü və səcdədəki zikrləri ən azı bir dəfə demək lazımdır. Lakin, diqqət etmək lazımdır ki, bu zikrlər tək sayda olsun. Huzeyfə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Mən Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qılırdım. O, rukuda "Subhanə Rsbbiyəl-Azim", səcdədə isə "Subhanə Rsbbiyəl-A'lə" deyərdi". (ən-Nəsai, 2/190; 1001). Utbə ibn Amir (Allah ondan razı olsun) isə belə nəql etmişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rükuda üç dəfə, "Subhanə Rabbiyəl-Azim və bihəmdihi" deyərdi. Səcdədə isə üç dəfə "Subhanə Rsbbiyəl-A'lə" və bihəmdihi" deyərdi". (Əbu Davud, 856).