Namazda hər xırda səhvə görə səhv səcdəsi etmək düzgündürmü?

    01.11.2016
Sual: 
Salam Aleykum.Namazlarda Sehv secdesinin cox olmasi gunahdirmi?Men her kicik bir seh ucun sehv secdesi edirem.Ne ise icim rahat olmur etmesem.Amma mene deyirlerki,namazlarda sevh secdesinin cox olmasi yaxsi deyil ona gore her xirda sehve gore(meselen:bir,iki sozun duz deyilmemesi kimi)sehv secdesi etme.Ne edim?çox sağ olun Allah Razi Olsun!
Cavab: 

Və aleykum Salam. Səhv səcdəsi etməyəndə ürəyinizin rahat olmaması vəsvəsə ilə bağlı ola bilər. Vəsvəsənin müalicəsi bu vəsvəsəyə fikir verməməkdir. Səhv səcdəsi sizin bildirdiyiniz kimi sözlərdə və ya hərəkətlərdə olan xırda səhvlərə yox, yalnız namazın rüknlarında və vaciblərində edilən səhvlərə görə edilir. Daha ətraflı:
Namazın rüknları və vacibləri
Səhv səcdəsi necə yerinə yetirilir? 

Teqlər: 
Paylaş: