Namaz qılanın arxasında dayanmaq günahdırmı?
Sual:
Salam aleykum. Namaz qilan insanin arxasinda dayanmaq gunah deyil?
Cavab:
Aleykum salam. Namaz qılanın arxasında dayanmaq günah deyil, qarşısından keçmək isə günahdır. Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Əgər namaz qılanın qarşısından keçən kəs bununla hansı günahı qazandığını bilsə idi orada qırx...(hədisi rəvayət edən qırx günmü, qırx aymı, qırx ilmi söyləndiyini bilmədi) gözləməsi onun üçün daha xeyirli olardı". (əl-Buxari: "Salat", 101; Muslim, 507).