Açıq-saçıq geyinməyən qadının pis geyinən qadınlardan Allah qatında fərqi var?

    13.11.2016
Sual: 
Salam.Hicab haqqında size bezi suallarım var.Önceden teşekkur edirem.Men namaz qılıram,amma hicabsız bir xanımam.Örtünmeyi demek olar ki,her gün düşünürem.Amma nefs,vesvese menim bu işimi arxaya atır.Hemde aileme bu meseleni açsam bilirem ki,mene mane olacaqlar.Hicabsız biri olsamda geyimime diqqət edirem.Çox açıq,diqqət çekici,dar geyinmekden qaçıram,makyaj demek olar ki elemirem.yeni helelik elimden bu gelir.Sualım size budu ki,Allah qatında mende o biri açıq saçıq geyinen xanımlarla eyni səviyyədə sayılırıq.men elimden geleni edirem.O xanımsa elemir qısa dar falan geyinir.Yeni bizim meqamımız eynidi? InşaAllah özumu ifade ede bilmişem.Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. Uca Allaha görə nə edirsinizsə, hamısının mükafatı var və bu əməlləri etməyənlərdən fərqiniz var. Bütün günahların da xeyirli əməllərin də dərəcələri var. Lakin, heç bir halda siz dediyiniz geyim hicabı əvəz etmir və siz yenə də Allahın əmrinə qarşı çıxmaqla böyük günah qazanırsınız. Əslində isə hicab geyinmək çətin deyil. Allaha dua və təvəkkül edərək tezliklə hicab geyinin. Həmçinin oxuyun:
Hicab - azadlıqdır!
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir

Teqlər: 
Paylaş: