"Kiçik toy" etmək düzgündürmü?

    17.09.2016
Kimdən: 
Teymur
Sual: 
Salam aleykum.Kicik toy elemek duzqundurmı?
Cavab: 

Və aleykum Salam. Oğlan uşağının sünnət olunması münasibətilə "kiçik toy" etmək qadağandır və dinimizdə belə bir şey yoxdur. Üstəlik belə məclislərdə israfçılıq, musiqi, naməhrəm kişi və qadınların bir yerdə əylənməsi, açıq saçıq geyimlər və digər haram əməllər edilir. Dinimizə görə yeni doğulan oğlan üçün iki, qız üçün isə bir baş qoyun kəsilərək ziyafət verilir. Oğlanlar yeddinci gündə sünnət edilir. Daha ətraflı: Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər

Teqlər: 
Paylaş: