İndiki dövrdə nə üçün müsəlmanlar kafirlərə qalib gələ bilmir?
Sual:
Dünyada kafirlər müsəlmanlara zülm edirlər, haqsızlıq edirlər.
Biz 1 milyarddan çox müsəlman ola-ola onlara öz gücümüzü niyə göstərmirik?
Yəni, necə biz kafirlərə indiki vaxtda qalib gələk?
Cavab:
Salam aleykum. Sayın çox olması hələ güclü olmaq demək deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Vaxt gələcək insanlar bir qabdan (yaxud sinidən) yemək yedikləri kimi, digər ümmətlər də sizin üzərinizdə meydan oxuyacaqlar". Biz dedik: "Məgər həmin vaxt sayımız az olacaq, ey Allahın rəsulu?" O dedi: "Əksinə, həmin vaxt sizin sayınız olduqca çox olacaq, lakin siz selin yığıb gətirdiyi çör-çöp kimi olacaqsınız. O zaman düşmənlərinizin qəlblərindən sizin heybətiniz götürüləcək, sizin qəlbinizdə isə "vahn" olacaqdır". Soruşdular: "Vahn nədir, ey Allahın rəsulu?" O dedi: "Həyata qarşı sevgi və ölümə qarşı nifrət". (İmam Əhməd, 5/278; Əbu Dəvud, 2/210). Uca Allah buyurur: "...Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir". (əl-Ənfal, 33). Müsəlmanların ayrılığı, bidət və şirkin olması, Allahın və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan uzaqlaşmaları bütün belə hallara səbəbdir. Bidət və şirk günahlarına görə müsəlmanlar bu günkü gündə zəifləmişlər. Həmçinin oxuyun:
Bidət nədir?
Şirk nədir?
Bidət nədir?
Şirk nədir?