Ölümcül xəstəliyə tutulan adamın tövbəsi qəbuldurmu?

    13.11.2016
Sual: 
Salam,1.eger bir insan omur boyu namaz qilib ama neyise sehv etdiyine gore namazi batil olubsa o qildigi namazlara gore hec bir savab yazilmir?axi o butun omur boyu Allah yolnda nese edib?2.soyuw soymek gnahdi seslendrmeden ureyinde kimese soyursense budagunahdi?3.tovbe ednde Allah butun gunahlri bagiwlayir bes olum yatagnda olan sag qalmga umidi olmyan birisi tovbe edrse Allah onunda gunahlarini bagiwlayir?axio bilirki artig yawamyacag ve hemin gunahi ede bilmeyecek yenede bagwlanir?4.yazilibki valdeynle elaqnni kesen cennete duwmez menim atam bizdn ayrilib onunla daniwmadgim ucun gunah qazanram? yeni atann icazesinin vacib oldugu weylerde icaze ala bilmirem gunah qazaniram bu zaman?
Cavab: 

Və aleykum Salam.
1. Namazların batil olacağını Allahdan başqa heç kəs bilmir. Bu kimi fikirlərə düşmək düzgün deyil. Əksinə, hər kiçik əməl qeydə alınır və əvəzi veriləcək. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8).
2. Dilinizə gətirmirsinizsə, bu günah yazılmır. Lakin, belə əməllər sizin qəlbinizi korlayır və ona görə də bu kimi əməllərdən çəkinməyiniz nəticə etibarilə daha yaxşıdır.
3. Bəli, ölüm anına qədər olan tövbə qəbuldur. Baxmayaraq ki, ölümcül xəstə olan insan artıq bilir ki, tez bir zamanda öləcək.Daha ətraflı: Ömrünün son günlərində tövbə edənin tövbəsi qəbul olunurmu? 
4. Çalışın atanızla əlaqələri bərpa edin.

Teqlər: 
Paylaş: