Nə edim ki, dinə inanım və şübhəm qalmasın?
Sual:
Salam men dine inana bilmirem. Ne qeder elesem de inana bilmirem. Ureyim inanir aqlim yox. Ne edimki wubheli qalmayim
Cavab:
Aleykum salam. Dinlə yeni maraqlananlarda bu, normal bir haldır. Siz inanırsınız, sadəcə sizdə hər bir dinə gələn insanda olduğu kimi cavab tapa bilmədiyiniz bəzi şübhələr vardır. Ona görə də siz, dini savadınızı artırmaqla haqqı axtarmaqda davam edin. Qurani-Kərimin tərcüməsini və səhih hədisləri oxuyun, Uca Allahın yaratdıqları barədə düşünün. Şübhələrinizi cavablandırmaq üçün bura da yaza bilərsiniz. Hələlik bu məqalələrdən başlaya bilərsiniz:
Quranın Allah sözü olmasının sübutları
İmanı artırmaq üçün nə etmək lazımdır?
Yoxsa onlar göyləri və yeri yaradıblar?