Namaz qılan şəxs falçının yanına gedə bilərmi?

    11.11.2016
Sual: 
Namaz qilan sexs falci yanina gede bilermi?
Cavab: 

Salam aleykum. Dinimizə görə fala baxmaq və ya baxdırmaq küfr əməllərdən hesab edilir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da, içki də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Məidə, 90).
Həmçinin, Rəsulullah (salləllahu aleyhi va səlləm) falçının yanına getmək barədə demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar (küfr) etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (İmam Əhməd, 2/429). Həmçinin oxuyun:
Ulduz falına inanmaq küfrdür 
Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı? 

Paylaş: