Ulduz falına inanmaq küfrdür

    06.04.2014

      Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və nama­zı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: "Allah buyurdu: "Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. "Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndəril­miş­dir" - deyənlə­rə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. "Yağış bizə filan və filan ulduz­a görə na­zil ol­muş­dur" - deyənlərə gəldikdə isə, onlar Mənə küfr et­miş və ulduzlara iman gətirmişlər". (əl-Buxari, 846).
Hədisdən göründüyü kimi yağışın ulduzun sayəsində yağmasına inanmaq Allaha küfr etməkdir. Həmçinin, ulduzların və planetlərin insan taleyinə təsir etməsinə inanmaq da küfr hesab olunur. Uca Allah buyurur: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34). 

Paylaş: