islamın əsasları
Ramazan ayının orucu
Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).
Qurban bayramının tarixi
Qurban bayramı İslamın iki müqəddəs bayramından biridir. Qurban bayramında imkanı çatan hər bir müsəlmanın Allah yolunda qurban kəsməsi bəyənilən əməllərdəndir. Uca Allah buyurur: “Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
İslam və iman nədir?
Ömər ibn Xəttab demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!”
Yoxsa onlar göyləri və yeri yaradıblar?
Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil olaraq gətirir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Bu dəlil ağıllı insanları Yaradanın varlığına iman gətirməyə məcbur edir. Bu ayələr o qədər bəlağətli və təsirlidir ki, onu eşidən hər kəsin qəlbini titrədir. Rəvayət edilir ki, Cubeyr ibn Mutim demişdir: “Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitdim.
İslam - tək haqq dindir!
əl-Fatihə surəsinin üstünlüyü
Peyğəmbər - salləllahu aleyhi və səlləm - əl-Fatihə surəsinin üstünlüyü haqqıda belə demişdir: "Uca Allah buyurur: "Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir". (İbn Hibban, 775).
Əhli-beytin fəziləti
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.