Allahın "əl-Cəvad" adının mənası
əl-Cəvad sözü çox comərd, əliaçıq olan deməkdir. Allahın əl-Cəvad adı Peyğəmbərin hədisində zikr edilir. Allahın elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərddir və comərd olanları sevir. Həmçinin, üstün əxlaqı sevir, pis əxlaqı isə sevmir”. (Sahih əl-Cəmius-Sağir, 1800).