Allahın "ər-Rafiq" adının mənası

    31.10.2015

ər-Rafiq sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın ər-Rafiq adı Pey­ğəm­bərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah müla­yimdir və mülayimliyi sevir. Sərt­liyə görə vermədiyi­ni, mülayimliyə görə verir” (əl-Ədəbul-Mufrad, 472).
Mülayim olmaq barədə isə Peyğəmbər belə demişdir: “Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir” (əl-Buxari “Ədəbul-Mufrad” 464).
ər-Rafiq olan Allah insanlara çox rəhm edən, onların işlərini asan­laşdıran və onları çətinliyə salmayandır. 

Paylaş: