Allahın "əl-Ğafur" adının mənası

    13.09.2015

əl-Ğafur sözü örtən, gizlədən deməkdir. Allahın əl-Ğafur adı Qurani-Kərimdə doxsan bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Qullarıma xəbər ver ki, Mən Bağışlayanam (əl-Ğafur), Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Həmçinin buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).
“Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər” (ən-Nisa, 110).
əl-Ğafur olan Allah yaxşılıqları aşkara çıxardan, günah və qüsürları örtüb bağışlayandır. Uca Allah günahlardan tövbə edərək özlərini islah edənlərə bağışlanma vəd edir. Uca Allah buyurur:
Həqiqətən, Mən tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!(Taha, 82).
 

Paylaş: