Allahın "əl-Cəvad" adının mənası

    24.10.2015

əl-Cəvad sözü çox comərd, əliaçıq olan deməkdir. Allahın əl-Cəvad adı Peyğəmbərin hədisində zikr edilir. Allahın elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demiş­dir: “Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, üstün əxlaqı sevir, pis əxlaqı isə sevmir”. (Sahih əl-Cəmius-Sağir, 1800).
əl-Cəvad olan Allah lütfkar olduğuna görə bəndələrinə bol nemətlər bəxş edəndir. Onun lütfü daima bəndələrinin üzərindədir. Bütün fəzilət Onun əlindədir. O, əfv etməyi intiqam almaqdan, bəxş etməyi isə məhrum etməkdən daha çox sevir. 

Paylaş: