Ayətul-Kursinin transkripsiyasını yaza bilərsiniz?

    11.11.2016
Kimdən: 
xeyal
Sual: 
Salam ayetul kursunun erebce oxunusunu yaza bilersiniz bele allahu le ilahe illa huvbel heyyul qeyyum arxasini bilmirem
Cavab: 

Va aleykum Salam.
Əuuzu billəhi minə-ş-şeytaanir-raciim
Bismilləəhir-Rah'məni-r-Rahiim:

"Allaahu ləə iləəhə illəə Huva-l-Həyyul-Qayyuum. Lə tə'xuzuhuu sinətuvv-va-ləə novvvm. Ləhuu məə fi-s-səməəvaati vaməə fi-l-ard. Mənn zəlləzii yəşfəu' inndəhuu illəə bi iznih. Yə'ləmu məə beynə əydiihim va-məə xalfəhum. Va-ləə yuhiitunə bi-şeyimm-min i'lmihii illəə biməə şəəəƏ', Vasia' kursiyyuhu-s-səməəvaati va-l-ard. Va-ləə yəuuduhuu hifzuhuməə va Huva-l-A'liyyu-l-A'ziim" (əl-Bəqərə, 255).
 

Mənası: Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Teqlər: 
Paylaş: