Təyəmmüm qüslu əvəz edirmi?

    14.02.2014
Sual: 
Salam aleykum.Təyənnüm qüslu əvəz ede biler?
Cavab: 

Aleykum salam. Su tapmadıqda və ya xəstəlik səbəbilə təyəmmüm almaq həm qüslu, həm də dəstəmazı əvəz edir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6).

Teqlər: 
Paylaş: