Qadın başqa kişi ilə telefonda danışdığı üçün əri onu boşaya bilərmi?

    17.11.2016
Sual: 
Ərli qadın yoldaşından gizli başqa kişi ilə telefonda danışıb görüşübsə əri bundan xəbər tutub deyəndə bu nömrə kimindir deyəndəki əcəb eliyib danışmışam. Onda kişi bunu boşaması günahdır yoxsa necə? Xahiş edirəm cavablandırasız.
Cavab: 
Salam aleykum. İstər ərli, istərsə də ərsiz qadının heç bir ciddi zərurət olmadan naməhrəm kişilərlə danışması, yazışması günahdır. Habelə qadının ərinə qeyd etdiyiniz şəkildə cavab qaytarması özü bir günahdır. Ərin öz zövcəsinin kiminlə və hansı məqsədlə danışdığını araşdırıb öyrənməsinə tam olaraq haqqı var. Əslində, sualda qeyd edilən durum, kişinin qadını boşaması üçün haqlı bir səbəbdir, lakin bu məsələdə tələsməyərək vəziyyəti ciddi araşdırmaq lazımdır. Ola bilsin ki, qadın hansısa zəruri ehtiyaca və ya ticarət, iş və s. səbəblərə görə naməhrəmlə danışmışdır. Həmçinin, oxuyun:
Teqlər: 
Paylaş: