Üç ildir ki duam qəbul olmur, nə edim?

    17.11.2016
Kimdən: 
ya ALLAH
Sual: 
Salam Aleykum men ALLAHimnan bir duam var yeni bir isteyim var ve secde halinda iken de dua edirem yagiw yaqarken de edirem oruclu olduqum halda da edirem subh namazin da bele edirem ama 3 ildir ki duam qebul olmur ola biler ki Allahim meni istemir ona gore duami qebul edmir ? men buna gore demey olar ki her gece aqlayiram duamin qebul olmasini cox isteyirem Rebbimi Ehlibeyte de and verirem(( ne edim bes men ? siz menim uchun dua edersinizmi ? qelbimde olan Hacetim uchun((..?!
Cavab: 

Və aleykum Salam. Əvvəla, onu deyək ki, Allahdan qeyrisinə and vermək, yaxud and içmək olmaz. Siz tələsməyin və dua etməyə davam edin. Bilin ki, dua etdiyiniz üçün savab qazanırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Səhih Muslim, 2736). Dua məsələsinə gəlincə daha ətraflı buradan oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı? 

Teqlər: 
Paylaş: