Evli kişi ikinci dəfə ailə qura bilərmi?

    18.11.2016
Sual: 
Evli kisi ikinci aile qura bilermi?
Cavab: 
Salam aleykum. Evli kişi ikinci dəfə ailə qura bilər, amma ikinci qadını boşamaq niyyəti ilə almamalı, həmçinin qadınların hər ikisi ilə eyni dərəcədə ədalətlə davranmalı, malını xərcləməli, vaxtını bölməli və digər bütün ailə haqlarını yerinə yetirməlidir. Bunları edə biləcəyinə əmin olmadığı halda ikinci ailə qurması haramdır. Uca Allah buyurur: "...onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3).
"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü doğruldub Allahdan qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nisa, 129).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki arvadı olan kimsə, onlardan hər hansı birinə (digərindən üstün, çox) meyl edərsə, Qiyamət günü bir tərəfi əyilmiş halda gələcək". (Əbu Davud, 2135). Həmçinin oxuyun:
Həyat yoldaşım ikinci evliliyimə halallıq vermirsə, günah qazanır?
Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?
Teqlər: 
Paylaş: