Qardaşımı sünnət namazlarını qılmağa necə həvəsləndirim?

    26.11.2016
Sual: 
Sünnet namazlarını qılmağa qardaşımı nece heveslendirim?
Cavab: 

Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Səhih əl-Buxari, 6021, 6502).
Bunları davamlı olaraq qılmaq qulun dərəcəsini artırar və günahlarının bağışlanmasına səbəb olur. Hətta bu sünnətlərdən bəziləri, məsələn sübh namazının sünnəti digər sünnətlərə (nafilələrə) nisbətdə daha fəzilətlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun için­də­ki­lə­rindən daha xeyirlidir". (Səhih Muslim, 1721).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qay­dasında olmasa, ziyana uğrayar. Əgər fərz namazla­rından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: "Baxın, qulumun nafilə na­mazları varmı?" Belə­lik­lə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək". (ət-Tirmizi, 413). Daha ətraflı: Nafilə və fərz namazları hansılardır? 

Teqlər: 
Paylaş: