Allahdan şəfa diləyərkən hansı duanı demək lazımdır?

    26.11.2016
Sual: 
Salam olsun bütün müsəlman bacı və qardaşlarımıza.Menim sualım budurki Allahdan şefa dileyerken hansı duanı demeliyem.Evvelceden teşekkürler.
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiyə, 83).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dualar edərdi: "Allahım! Bədənimi salamat et! Allahım! Qulağımı salamat et! Allahım! Gözü­mü salamat et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığı­nıram. Qə­bir əzabından Sənə sığını­ram. Sən­dən başqa məbud yoxdur!" (Allahummə, afini fi bədəni. Allahummə, afini fi səmi. Allahummə, afini fi bəsari. Lə iləhə illə əntə. Allahummə, inni əuzu bikə minəl-kufri val-faqri, va əuzu bikə min əzəbil-qabri, lə iləhə illə əntə)". (Əbu Dəvud, 4/324); "Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Alla­hım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Alla­hım! Məni önümdən, arxamdan, sağımdan, solum­dan və başımın üstündən qoru. Ayağımın altı­nın qazılmasından Sənin əzəmətinə sığını­ram!" (Allahummə, inni əs'əlukəl-afva val-afi­yətə fid-dunyə val-əxirati. Allahum­mə, inni əs'əlukəl-afva val-afiyətə fi di­ni va dun­yəyə va əhli va məli. Allahummə-stur av­rati va əmin ravatiy. Allahummə-hfazni min bəyni yədeyyə va min xalfi va an yəmini va an şiməli va min fovqi va əuzu bi azə­mətikə ən uğ­tələ min təhti)". (Səhih İbn Məcəh, 2/ 332). Həmçinin, siz istədiyiniz şəkildə və azərbaycan dilində dua edə bilərsiniz. Daha ətraflı: 
Teqlər: 
Paylaş: