Pulsuz paylanılan dərmanları alıb aptekdə satmaq olarmı?
Və aleykum Salam. Bu kimi şeylər əmanətə xəyanət edilmiş malı almaq misalındadır. Çünki, dərmanlar xəstəxanaya dövlət tərəfindən pulsuz verilir. Lakin, xəstəxanaya nəzarət edən bəzi adamlar o dərmanı apteklərə satırlar. Burada həm dövlətin malından edilən oğurluq, həm də verilən dərmanları öz mənfəəti üçün istifadə edərək əmanətə xəyanət günahı var. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Mənə altı şeyə zəmanət verin, mən də sizə Cənnəti zəmanət verim; biriniz danışanda yalan danışmasın, vəd verdikdə vədinə xilaf çıxmasın, etibar edildikdə xəyanət etməsin! Gözünüzü harama baxmaqdan çəkin, əllərinizi günahlardan saxlayın və övrət yerlərinizi qoruyun". (İbn Xuzeymə, 31; İmam Əhməd, 22821). Bu kimi şəxslərdən dərman alan insanlar isə bu məsələni bildikləri halda o dərmanları alırlarsa, oğurlanmış malı almaq günahına batırlar. Hər bir halda bu kimi fəaliyyət haramdır. Həmçinin, oxuyun: Qul haqqı barədə