Aptekdən bəzi dərmanları haramda istifadə etmək üçün alanlara satmaq olarmı?

    28.11.2016
Sual: 
Salam aleykum men eczaciyam.Elimden ancaq bu iw gelir.Ama her aptekde qoruyucu,wehvet dermanlari satilir.Ve bunu alanrda zina etmek ucun alirlar.Indi mene biraptekden iw teklifi gelib men nece edim?Men orda saticiyamsa gelib menden qoruyucu,wehvet dermanlari ve ya narkomanlar oz ehtiyyacini odemek ucun inslulin wpirisi ve terkibinde azca narkotik olan dermanlar alirlarsa mene gunah gelirmi?.Bildiyim qeder ile kim bir iwe vasiteci olarsa ona bu iwden bir pay duwur,kimde bir pis iwe vasiteci olarsa onada bir pay?men nece edim mene komek edin.Alimlerin bu haqda goruwleri nedi?
Cavab: 

Və aleykum Salam. Əksər hallarda satıcının dərman alan müştərinin niyyətindən xəbəri olmur. Bu cür dərmanlar və ya tibbi vasitələr ailəli insanlara da lazım olur. Buna görə də həmin insanın bu kimi şeyləri harama istifadə edəcəyini dəqiq bilmirsinizsə, onları satmaq icazəlidir. Əgər müştərinin məqsədindən xəbəriniz varsa, yəni müştəri bu dərman preparatlarını zina və ya digər haram əməllər üçün istifadə etməyə alırsa, onda bu günahları icra edən adamla yanaşı həmin dərman preparatları satan adam da günah qazanır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Məidə, 2).

Teqlər: 
Paylaş: