Boşanmadan sonra həmin adamla yenidən kəbin kəsdirmək üçün iddə müddətini gözləmək lazımdırmı?

    29.11.2016
Kimdən: 
Efsane
Sual: 
Salam aleykum, erim mene, atan evine cıx get, hec axtarmaram seni, mene tapılmayan arvad olsun dedi, boşama menasında dedi sanki, bele halda kebin pozuldumu? 1 talaq getdise, 3 ay bitdikden sonra teze kebin kesdire bilerikmi? İnternetde oxuduguma gore, kinayeli sozlerle boşayanda talaq bain olur, iddet bitdikden sonra kebin kesdire bilerik 2ci defe, amma boşadım seni deseydi, qaytara bilerdi nigahı iddet bitmemiş. Bu da talaq rici olur deyesen. Menim yoldasım kinayeli sozler dedi, sonra peşman oldu, niyyetinin ne oldugunu bele xatırlamır, esebi idi. Amma mene boşama kimi geldi, cunki cox ciddi idi, indi men ne edim? Tez cvblandırsaz sevinerdim, 2.zarafatla,seni istemirem dese bes?
Cavab: 

Və aleykum Salam. Bunun fərqi yoxdur, istər kinayə ilə desin, istər "səni boşayıram desin" bu talaq sayılır. Lakin, iddə müddəti bitməmiş kişi öz həyat yoldaşını qaytarmaq istədikdə, yaxınlıq edən kimi bu kəbin bərpa olunur. Daha ətraflı: İslam fiqhi - Talaq (boşanma) fəsli

Paylaş: