Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?

    03.12.2016
Kimdən: 
Elçin
Sual: 
Salam aleykum. Kişi arvadına, boşanma niyyeti ile Ailenin yanına get deyerse, bu talaq bain olur? Yeni, iddet muddetınde qaytara bilmir nigahı? Ancaq iddet bitdikden sonra kebinmi kesdirir tekrar? 2. İddet muddetı ne qederdır? 3 aymı? Yoxsa qadın 3 heyz halı gordukdemı? 3 heyz halı tam 3 ay bitmeden de tamamlana biler, bes onda nece? Tarix ile 3 ay tamamlanmalımı? Eger 3 heyz halı gorene qederdıse, 1ci heyzden baslayır iddet, 3 cu heyzden temizlendıkden hemen sonra kebin kesdire bilermi hemen eri ile? Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır. Boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir. İddə müddəti bitmədən qadınla kişi arasında yaxınlıq (cinsi əlaqə) olarsa, nikah bərpa olunmuş sayılır. Ancaq bununla belə bu, artıq birinci talaq sayılır. Həmçinin iddə müddəti bitdikdən sonra kişi ilə qadın ayrılmış sayılırlar, amma istəsələr yenidən evlənə bilərlər. Bu halda yenidən kəbin olmalı, qadının vəlisinin razılığı, şahidlərin iştirakı, qadına mehr verilməsi və digər şərtlər yerinə yetirilməlidir. Qadınla kişi arasında talaq və daha sonra barışıq yalnız iki dəfə ola bilər. Üçüncü dəfə boşandıqdan sonra yenidən evlənmələri haramdır, yalnız qadın başqa kişiyə ərə gedib boşandıqdan sonra yenidən əvvəlki kişiyə ərə gedə bilər. Daha ətraflı: 
Teqlər: 
Paylaş: