Qadın qonaq getdiyi evdə qüsl almağa utanırsa, təyəmmüm ala bilər?

    04.01.2017
Sual: 
Salam aleykum. Eger qadin cunub halinda iken qonaq gedibse, getdiyi yerde de su var, amma, qusl almaqdan utanirsa, ve ya ele bir imkan yoxdursa qusl almaga teyemmumle namaz qila biler?
Cavab: 
Və aleykum Salam. Qadının öz evindən başqa yerdə qüsl alması haramdır. Ona görə də öz evində qüsl almalıdır, su yoxdursa, təyəmmüm ala bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir qadın paltatını öz evindən başqa bir yerdə soyunarsa, özüylə Allah arasında olan örtüyü yırtmış olar". (ət-Tirmizi, 2803). Həmçinin, demişdir: "Kim Allaha və axirət gününə iman gətiribsə, öz qadınını (başqa, yad) hamama salmasın. Kim Allaha və axirət gününə iman gətiribsə, yalnız bürünmüş halda hamama daxil olsun. Kim Allaha və axirət gününə iman gətiribsə, içki olan süfrədə oturmasın". (ət-Tirmizi, 2801). Həmçinin oxuyun:  
Paylaş: