Ərim zina etdiyi üçün ondan boşana bilərəmmi?

    06.12.2016
Sual: 
Salam aleykum menim yoldasim zina eliyir deyende deyir kisiye olar otur doz ailemi dagitmiraki deyir ayrilmaq isteyirem 3 usagim var ona gore qalmisam amma her gun eziyyet cekirem deyir senin yanindayam atmiramki boynuna almir amma fox deyisilib uzr isteyirem yaxinkiq ekemekden qacir Eve gec gelir nese defence dalasir men by veziyyetde neynemeliyem mene bir meslehet verin yorulmusam artiq
Cavab: 

Və aleykum Salam. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir. Bu səbəbdən qadının bir müddət səbr edərək ərinin islah olmasına çalışması, bunun üçün namazlarda, gecənin son üçdə birində Uca Allaha çoxlu dua etməsi daha yaxşıdır. Bu fayda vermədikdə, sözsüz ki, ərindən boşana bilər. Daha ətraflı:
Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?
Ərim mənimlə maraqlanmır, nə edim? 
Dualarım qəbul olmur, nə edim?

Paylaş: