Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?

    15.01.2015
Sual: 
Selam aleykum ,menim erim mene heyanet edir .uz vurmuram...hele bir dua var kocami elimnen hansisa axmax almasin...bir allahima qore dozurem.. ushaximizda var,teshekur!, ohuduza qore
Cavab: 

Aleykum salam. Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) zina edənlərin qəbir əzabı haqqında demişdir ki, "onlar təndirə bənzər, üstü dar, altı geniş bir oyuğun içində olacaq. Bu oyu­ğun altında hər dəfə atəş alovlanır, alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxacaq, hətta, az qalacaq ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkiləcəklər (bu hal qiyamətə qədər davam edəcək). Kişi və qadınlar orada lüt olacaqlar". (əl-Buxari).
Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız. Daha sonra isə ərinizə gözəl əxlaqla nəsihət edin. Bu zaman ciddi düşünüb götür-qoy edin, şeytanın sizə vəsvəsə verərək özünüzdən çıxarmasına şərait yaratmayın. Ona görə də hər bir hərəkəti və ağızdan çıxan kəlmələri düşünmək lazımdır. Allah sizə kömək olsun! Həmçinin oxuyun:
Dualarım qəbul olması üçün nə etmək lazımdır?
Ərim mənimlə maraqlanmır, nə edim?
Namazın qılınma qaydası - video
Gecə namazı necə qılınır?

Paylaş: