22. Tilavət səcdəsində edilən dua
[Səcədə vachiyə lilləzi xaləqahu, va şəqqa səm'ahu, va bəsarahu bi havlihi va quvvatihi (fə təbərakə-l-lahu əhsənu-l-xaliqin)]
«Üzüm onu yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!»[2]
[Allahummə-k-tub li bihə indəkə əcran, va da' anni bikə vizran, va-c-a'lhə li indəkə zuxran, va təqabbəlhə minni kəmə təqabbəltəhə min abdikə Dəvud]
«Allahım! Bunun sayəsində mənə Öz yanında mükafat yaz, onun səbəbilə məndən yükü götür [günahımı sil], onu mənim üçün Öz yanında saxla və onu bəndən Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!»[3]
[1] [Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etmək.]
[2] ət-Tirmizi, 2/474; Əhməd, 6/30; Hakim onu “səhih” hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir, 1/220. Əlavə də onundur.
[3] ət-Tirmizi, 2/473; Hakim onu “səhih” hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir, 1/219.