Cinli insan intihar etsə, Cəhənnəmə düşürmü?
Sual:
Salam aleykum. Eger namaz qilan bir insana cadu olunubsa ve o da ozunden biixtiyar ozune qesd edibse, o insan yene de cehenneme duwecek?
Cavab:
Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380). O həqiqətən ağlı başında olmadan özünə qəsd edirsə, üzürlüdür. Belə hallarla qarşılaşmamaq üçün hər kəs cadudan qorunmağın yollarını bilməlidir. Bu da Allaha sığınmaqla, ona güclü təvəkkül etməklə mümkündür. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?