Qaynanam pis adam olduğuna görə Allahdan onun ölməsini istəmək düzgündür?

    24.12.2016
Kimdən: 
Gulay
Sual: 
Salam.menim qaynanam cox yalanci ve serbaz insandi.sebebsiz yere evde dava cixarir.valideynlerimi,bacilarimi soyut.sozun qisasi yaxsi insan deyil.mende cavab qaytarmiram ancaq ureyimde onu allaha tapsiriram ve tezlikle cezasin allahdan dileyirem.birdeki allaha dua ediremki tezlikle ölsün.menim bu cur dua etmeyim gunah sayilirmi?CAVAB YAZSANIZ COX SEVINEREM onceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, qaynananız sizə qarşı bu şeyləri etməklə haqqınıza girərək günah qazanır. Siz ərinizə vəziyyət gözəl tərzdə izah edin və xahiş edin ki, ona nəsihət etsin. Siz ona cavab qaytarmayaraq səbr etdiyiniz üçün böyük savab qazanırsınız. Amma başqasının ölümü üçün yox, onun islah olması, doğru yola gəlməsi üçün dua etmək və əxlaqınız ilə ona nümunə olmaq lazımdır. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34). Ən pis halda onu Uca Allaha tapşırın. Hər kəs öz əməlinin girovudur. Daha ətraflı:
Paylaş: