Doğru salam necə verilib alınmalıdır?
Sual:
Dogru salam nece alinmali ?
Cavab:
Salam aleykum. Dinimizə görə salamlaşmanın ən üstün və dolğun forması bu şəkildə olur. "əs-Sələmu aleykum". (Allahın əmin-amanlığı sizin üzərinizə olsun). Cavab da belə olmalıdır: "Va aleykumus-Sələmu". (Allahın əmin-amanlığı sizin də üzərinizə olsun). "əs-Sələmu aleykum va rahmətullah" - (Allahın əmin-amanlığı və rəhməti sizin üzərinizə olsun). Cavabında belə deyə bilərsiniz: "Va aleykumus-Sələmu va rahmətullah". (Allahın əmin-amanlığı və rəhməti sizin də üzərinizə olsun). "əs-Sələmu aleykum va rahmətullahi və bərakətuh", cavabında belə deyə bilərsiniz: "Va aleykumus-Sələmu va rahmətullahi va bərakətuh" - (Allahın əmin-amanlığı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun). Daha ətraflı: Sizə salam olsun!