Kəbinsiz toyu olanın namazları qəbuldurmu?

    24.12.2016
Kimdən: 
Asif Heyderov
Sual: 
Salam.niye sualima cvb vermisiz xaiw edirem cvb verin ve men bir weyde demek isdeyirem menim toyum olub amma kebinimiz yoxdu qildigim namazlar qebul olur?
Cavab: 
Va aleykum Salam. El adətləri ilə toyun olması bir növ kəbin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin və qızın razılığı, iki şahidin və mehrin olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən velideynlərin xəbəri və qızın razılığı vardır. Qıza verilən qızıl-zinət əşyaları da onun mehri, insanların toya gəlməsi isə şahidlik sayıla bilər. Bundan da əlavə kəbinin olub-olmamasının namazların qəbul olmasına maneəsi yoxdur. Həmçinin, oxuyun:
Teqlər: 
Paylaş: