Yaşadığın yerdə cümə namazı qılınmırsa, nə etmək lazımdır?

    29.12.2016
Kimdən: 
İSMAYIL
Sual: 
salam.Bu saytın hazırlanmasında əli olan hər bir müsəlman bacı və qardaşlara öz təşəkkürümü bildirirəm.12il şiə namazi qılmışam.Sizin bu saytı uzun müddət oxuduqdan və yalnız internet saytından tanıdıgım hörmətli ərəb dili müəllimi Elşən Şəkərovun[onada təşəkkür edirəm./ərəb dili dərslərinə qulaq asdıqca özümdən aslı olmayaraq əqidəm dəyişdi.Sual; 1 Yaşadıgım ərazidə cümə namazı qılınmır.Başqa yerədə gedə bilmirəm.NƏ EDİM...2 haram və günah sözlərinin mənasını izah edə bilərsinizmi...3 Günlərinin sayını göstərməklə QƏMƏRİ hicri aylarini ardıcıl olaraq yaza bilərsizmi....Təşəkkür edirəm.
Cavab: 
Və aleykum Salam.
1. Əgər yaşadığınız şəhərdə cümə namazı qılınmırsa və qonşu şəhərə getmək sizin üçün çətindirsə, cümə namazını qılmırsınız.
2. Haram - Allahın qadağan etdiyi şeylərdir. Allahın qadağan etdiyi şeyləri edən adam günah qazanır və Qiyamət günü günahlar barəsində sorğu-sual olunacaq.
3. Hicri - Qəməri ayların neçə gün olduğu əvvəlcədən bilinmədiyi üçün hicri tarixi saytda avtomatik üsulla yox, əllə qeyd etmək lazımdır. Hal-hazırda buna vaxt ayıra bilmirik. Ayların ardıcıllığı və adlarının mənaları:
  1. Muhərrəm - Haram olan;
  2. Səfər - Sarı;
  3. Rabiul-Əvvəl - "Payızın əvvəli" - qədimdə "rabi" sözü payız mənasında işlədilib;
  4. Rabiul-Əxir - "payızın axırı";
  5. Cəmədul-Ulə -"Donmanın əvvəli" - "Cəməd" - "donmaq" sözündən;
  6. Cəmədul-Əxir - "Donmanın axırı";
  7. Rəcəb - "Qorxu" bu ayda ərəblər bir-birinə hücuma başlayardılar;
  8. Şaban - "Ayrılmaq" - bu ayda ərəb tayfaları bir-birindən ayrılıb səfərə çıxardılar;
  9. Ramadan - "Yandırılmaq";
  10. Şəvval - "Yerindən tərpənmək";
  11. Zul-Qadə - "Yerində oturmaq";
  12. Zul-Hiccə - "Həcc etmək". 
Bu ayların adları başqa məna da kəsb edilə bilər, çünki ayların adlarının mənası haqda müxtəlif rəylər var. 
Teqlər: 
Paylaş: