Pişikdən qorxmağı necə müalicə etmək olar?

    19.01.2017
Kimdən: 
Gulay
Sual: 
Salam.menim size 1 2 sualim olacaq tezlikle cavablandirsaniz cox sevinerem.1ci sualim ondan ibaretdirki men pisikden cox qorxan insanam yuxularimada girir ve qisqirib oyaniram hami bunun pis bir sey olduqunu deyir men ne edim?2Cİ SUALİM nese isimin dyzgun getmesin isteyende nezir deyirem deyirlerki bicaq dik duranda deyirlerki nezirin var,mendede cox vaxt bicaq dik durur.sualim ondan ibaretdirki neyese nezir demisemse o sey yerine yetib ama nezirimi vermemisemse bu gunah sayilir?sayilirsa ne etmeliyem
Cavab: 
Və aleykum Salam.
1. Pişikdən qorxmaq sadəcə bir vəsvəsədir, vəsvəsənin müalicəsi isə ona əhəmiyyət verməməkdir. Pişik insanlara fayda verən, ona zərər vermədikcə heç kəsə zərər verməyən bir heyvandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) pişik haqqında demişdir: "O, murdar deyil. O, sizin ətrafınızda dolaşanlardandır". (ət-Tirmizi "Təharət", 92). Həmçinin oxuyun: Pis yuxulardan necə qorunmaq olar? 
2. Bıçağın dik durmasına hansısa bir məna verməyiniz düzgün deyil, çünki bu kimi fikirlər el arasında yayılmış batil, xurafat inanclardandır. Amma nəzir demisinizsə, həmin nəziri yerinə yetirməniz lazımdır. Daha ətraflı:
Paylaş: