Səhabələri söyən, lənətləyən kafir sayılırmı?

    16.01.2017
Kimdən: 
Emil
Sual: 
Salam. Allah emeyinizin evezini versin. Sualim beledi, sahabileri soyen ve lenetleyen kafirdirmi ? Evvelceden tesekkur edirem.
Cavab: 
Və aleykum Salam. Səhabələri sevmək, dində onların yolunu tutub getmək hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!" (ət-Tovbə, 100).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: "Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə, onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz". (əl-Buxari, 3673; Muslim, 6651).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Ənsarı yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə, Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər". (əl-Buxari, 3672; Muslim, 75). 
Ümumən səhabələri söymək Quran ayələrini və səhih hədisləri inkar etmək olduğu üçün küfr əməldir, lakin hər küfr edən insan müəyyən şərtlər ödənməmiş kafir sayılmır. Bu barədə daha ətraflı: Cahillik üzrlüdürmü?
Paylaş: