Kiminsə ayağının ağır və ya nəfsi pis olması səbəbilə uşaqlara nəsə ola bilər?

    19.01.2017
Sual: 
salam. men namaz qılıram. yaşim az olsada özümnen böyüklere din iman haqqında danışıram. men çox insanlarla oturub söhbet edırem dın haqqında çox inanclra ınanırlar. dinde olmayan bidetlere ınanırlar. deyırem quranı oxuyun tercumesını orda siz dedıyınız ınanclar orda yoxdu. meselen ailem de bele prablem var bu düzgündür? deyıller kı. onun ayagı agirdi. nefsi pisdi. gözü qalıb sende. bızde bu yaxında qohum qaldı bızde 4 ay . onlar gedenen evde usaqın bırı burnu qırıldı bırının çıynı qırıldı. hemın xanımında usaqı olmur nece ıldı. deyıller onun nefsı var üstünde . men özümde namaz qılıram. inanmaq istemırem. her gun evde Allahın adı çekırem. hamının dine yüneldırem.
Cavab: 
Və aleykum Salam. Kiminsə ayağının ağır olması insanlar arasında yayılmış xurafat inanclardandır və dində də heç bir əsası yoxdur. Amma başqasının paxıllığı və ya gözdəyməsi nəticəsində uşaqlara nəsə ola bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin ("Allah bərəkət versin" və ya "Allah bərəkətli etsin" desin)! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509). Daha ətraflı:
Teqlər: 
Paylaş: