"Kərbəla Həcdən üstündür" fikri doğrudurmu?

    29.12.2016
Kimdən: 
ru
Sual: 
salam eleykum.bir nece suaalim olacaq .1.bezileri Kerbala ziyaretini Hecc ziyaretinden ustun tutur bu dogrudur?.2.sie mezhebinden olanlara kafir demek olar?.
Cavab: 
Və aleykum Salam.
1. Bu batil fikirdir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə nə Kərbəla, nə Məşhəd, nə Nəcəf, nə də Kufə ziyarətləri yox idi. Bu dinə salınan bidətlətdəndir ki, dini cəhətdən elmi zəif olanlar bu bidətlərə düşürlər. Həcc ziyarətini Uca Allah Qurani-Kərimdə bizə bildirir: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Həmçinin, oxuyun: Həccə, Kərbalaya və Məşhədə ziyarətə getmək olarmı?
2. Şiə məzhəbi İslamda olan məzhəblərdəndir. Onlara kafir demək olmaz.
Teqlər: 
Paylaş: