Həccə, Kərbalaya və Məşhədə ziyarətə getmək olarmı?

    12.07.2015
Kimdən: 
*
Sual: 
mekke(hecc ziyareti) kerbala mewed ziyaretgah yerleridi bura getmek olar yoxsa buda bidetdi?bu uc yeri ziyaret etmek savabdi?birda mekkeye gedan haci va haci xanim,kerbalaya geden kerbelayi,mewede gedana mewedi adlanir bu duzdumu insanlari bele adlandirmaq?
Cavab: 

Salam aleykum. İmkanı çatan hər bir kəsin həcc etməsi vacibdir. Həccə getmək islamın beş şərtindən biridir (şəhadət, namaz, zəkat, oruc, həcc). Uca Allah buyurur: "Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur". (Ali İmran, 97).
Kəbədən başqa Mədinədəki peyğəmbər məscidini və Qüdsdəki Məscid əl-Əqsanı ziyarət etməyə icazə verilir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram (Kəbə), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi (Mədinədə yerləşir) və əl-Əqsa məscidi (Qüdsdə yerləşir)". (əl-Buxari).
Qəbirləri də bir şərtlə ziyarət etməyə icazə verilir ki, orada hər hansı bir qəbiri xüsusiləşdirib, müqəddəsləşdirməyəsən. Çünki belə olduqda artıq Allaha şərik qoşulmasına qapı açılır. Pirləri, ocaqları ziyarət etmək isə qəti qadağandır. Kərbəla, Məşhəd və digər yerləri də ziyarət etmək dinə sonradan gətirilmiş bidətdir, çünki bu barədə Quran və səhih hədislərdə heç nə deyilməyib. Həmçinin, bu yerlərdə qəbirdə yatan ölü çağrılır, ondan kömək istənilir, qəbir təvaf edilir və s. şirk əməllərə yol verildiyi üçün oraya getməkdən çəkinmək lazımdır. Həcc ziyarətini yerinə yetirən insana hacı deyilir. Amma adamın adının qarşısında hacı ləqəbinin deyilməsi (Hacı Filankəs) bidətdir (dində yenilik) və qadağandır. Daha ətraflı: Ziyarət edilməsinə icazə verilən yerlər hansılardır?

Teqlər: 
Paylaş: