Şalvarın balağının qısaltmaq düzgündür?

    29.12.2016
Kimdən: 
r
Sual: 
salam eleykum. salvarin balagini godetmek lazimdir? esasen indiki devirde.2.musteheb namazini mescidde qilmaq bidetdir?
Cavab: 
Və aleykum Salam.
1. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdmuşdur: "Paltarını uzadaraq namaz qılanın Allah qatında heç bir dəyəri yoxdur". (Əbu Davud, 637). Şalvarın balağının ən aşağı həddi topuğun üzəridir.
2. Müstəhəb namazı məsciddə qılmaq bidət deyil. Lakin, evdə digər insanların gözündən uzaq yerdə qılmaq daha ütündür. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz namazını məsciddə qıldıqda evi üçün də nama­zından bir pay ayırsın. Çünki Allah namazının səbəbilə onun evində bir xeyir yara­dır". (Muslim, 778, 1858).
Paylaş: