Kirli bədənlə dəstəmaz alıb namaz qılmaq olarmı?
Sual:
Salam aleykum. Bedenim kirli ola ola destenamaz alib namaz qilmaq olar? Birde ayaqimin baw barmaqlarinin boyurlerinde kir yigilir. Ne qeder temizlemeye caliwsamda tam temizlenmir. Ona gore qildigim namaz batil olur??
Cavab:
Va aleykum Salam. Bədən nəcasətə bulaşmadıqca kirli bədənlə dəstəmaz alıb namaz qılmaq olar. Ayaq barmaqlarınızdakı kiri yumaq kifayət edir. Qalan iz isə ləkə kimi ola bilər, bu da dəstəmaz almağa və namazın batil olmağına maneə deyil. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Ümumilikdə isə müsəlman daima imkan daxilində təmizliyə riayət etməyə çalışmalıdır. Uca Allah buyurur: "...Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir". (ət-Tovbə, 108); "...(təmiz və) pak olanları sevər!" (əl-Bəqərə, 222). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Təmizlik imanın yarısıdır...". (Muslim, 534).